
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen AK kollegiyasının Macarıstana səfərini ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun sözçüsü Erik Mamer məlumat yayıb.
Bundan əlavə, Mamer bildirib ki, Macarıstanın Aİ Şurasında sədrliyinin başlanması ilə bağlı son hadisələr fonunda, Avropa Komissiyası fon der Lyayenin qərarı ilə yüksək vəzifəli dövlət qulluqçuları səviyyəsində yalnız hökumətin qeyri-rəsmi iclaslarında təmsil olunacaq.
Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orban ölkəsi Aİ Şurasının sədri olduqdan sonra Ukrayna, Rusiya və Çinə səfər edib. Orban özü səfərlərini “sülh missiyası” adlandırıb, səfər zamanı ölkə liderləri ilə Moskva və Kiyev arasında sülhün şərtlərini müzakirə edib.
“Financial Times”ın məlumatına görə, bir qrup Aİ liderləri Orbanın Moskvaya səfərini tənqid edərək, Orbana qəzəbini ifadə edən birgə məktub tərtib etmək fikrini ifadə ediblər.
Bundan əlavə, “Politico”nun məlumatına görə, Aİ ölkələrinin nümayəndələri Avropa xarici işlər nazirlərinin Budapeştdə avqustun 28-29-da keçirilməsi planlaşdırılan sammitini boykot etmək qərarına gəliblər.
Tətbiqimizi yükləyə bilərsiniz