Tonqa sahillərində 5,8 bal gücündə zəlzələ baş verdi


Tonqa Krallığının sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri 22,4 min nəfərə yaxın insanın yaşadığı Nukualofa krallığının paytaxtından 71 km şimal-qərbdə yerləşib. Ocaq 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top