“Trampa sui-qəsd cəhdi Baydeni yarışdan çıxmağa sövq edəcək” – Ekspert


“ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi onun seçki kampaniyasının əsas elementi olacaq və Ağ Evin hazırkı Prezidenti Co Baydeni prezidentlik yarışını tərk etməyə sövq edə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu fikri səudiyyəli jurnalist, “Al Arabiya” və “Al Hadath” telekanallarının baş direktoru Məmduh əl-Mukheyni deyib.
O, “Asharq al-Awsat” qəzeti üçün yazdığı məqalədə yazır ki, sui-qəsd cəhdi nəticəsində Tramp ən güclü mövqe tuta bilib, Baydenin isə mövqeyi zəifləyib:
“Əgər Bayden öz partiyasına və tərəfdarlarının böyük bir qrupuna qarşı durursa və yarışı tərk etməkdən imtina edirsə, bu hadisə onu gerçəkləşmiş nəticəni qəbul etməyə sövq edə bilər”.
Ərəb televiziya kanallarının baş direktorunun sözlərinə görə, Trampa hücum onun seçki kampaniyasının leytmotivinə çevrilməklə yanaşı, onu gücləndirəcək:
“Aydındır ki, bu hadisə Trampın gözlədiyi, müddəti bitməyən uğurlu biletdir. Göydən onun başına düşdü. Şübhə yoxdur ki, Tramp onu qana bulasa və az qala canını alacaq olsa belə, buna sevinir”.

DİGƏR XƏBƏRLƏR

Top