
“Rusiyanın Ryabinovı adasında, ölkə Prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahından 3,7 kilometr aralıda ikinci “Pantsir-S1” hava hücumundan müdafiə sistemi quraşdırılıb”.
Yeniavaz.com “Azadlıq radiosu”na istinadən xəbər verir ki, bu 6 may 2024-cü il tarixli “Google” peyk şəkillərindən bəlli olur.

Görüntülərə əsasən, hava hücumundan müdafiə sistemi xüsusi tikilmiş qüllədə quraşdırılıb. Daha əvvəl eyni qurğu Moskva bölgəsində müşahidə edilib. “Münaqişə Kəşfiyyatı” təhqiqat qrupu qüllədən Ukrayna pilotsuz təyyarələrindən hava məkanını əhatə etməyin daha rahat olacağını güman edib.
“Azadlıq radiosu”nun jurnalistləri Planet.com xidmətinin peyk şəkillərinin tarixini araşdırıb və belə nəticəyə gəliblər ki, Putinin Valdaydakı iqamətgahı yaxınlığında hava hücumundan müdafiə qurğusu 2024-cü ilin martında peyda olub.
Yanvar ayında “VChK-OGPU” teleqram kanalı Ukrayna pilotsuz təyyarələrinin Sankt-Peterburq və Leninqrad vilayətində uğurlu hücumlarını texniki aşkarlama avadanlığının və pilotsuz təyyarələri vura bilən hava hücumundan müdafiə raket sistemlərinin olmaması ilə əlaqələndirib. Kanalın müəllifləri, “Pantsir”lərin Valdaydakı xüsusilə vacib bir obyektin qorunması üçün yerləşdirildiyini yazıb.
Xatırladaq ki, 2023-cü ilin yanvarında “Agentstvo” Prezident Vladimir Putinin Valdaydakı iqamətgahı yaxınlığında daha bir “Pantsir-S1” zenit-raket sistemi aşkar edib. Bir neçə aydan sonra Aleksey Navalnının tərəfdaşları Rusiya prezidentinin məxfi iqamətgahının yerləşdiyi güman edilən Soçidəki Krasnaya Polyanada “Pantsir-S1” hava hücumundan müdafiə sistemini aşkar edib.