
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 1 003,7 kq qızıl, 1 720,1 kq isə gümüş istehsal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-ci ilin ilk 6 ayı ilə müqayisədə qızıl istehsalı 2,9% artıb, gümüş istehsalı isə 6,6% azalıb.
Qeyd edək ki, 2024-cü il iyul ayının 1-nə ölkədə 679,1 kq gümüş, 247,7 kq isə qızıl hazır məhsul ehtiyatı yaranıb.
Mərkəzi Bankın bu gün açıqladığı məlumatda göstərilir ki, qızılın 1 kq-nın qiymət 132 min 251 manat, gümüşün 1 kq-nın qiymət isə 1 697 manat təşkil edir.
Açıqlanan göstəricilərə istinadən apardığımız hesablama göstərir ki, bu ilin ilk altı ayında Azərbaycanda təxminən 133 milyon manatlıq qızıl, 2,9 milyon manatlıq gümüş istehsal edilib.
Elnur Əli