“Mən əslində burada olmamalıydım, ölmüş olmalıydım” – Tramp


ABŞ Məxfi Xidməti keçmiş prezidenti Donald Trampın mitinqində baş verən atışmada şübhəli bilinən şəxsi ilk cəhddə zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Trampın özü “New York Post” qəzetinə müsahibəsində bildirib.
“Onu bir güllə ilə öldürdülər... Fantastik iş gördülər”, - deyə Tram qeyd edib.
O deyib ki, mitinqdə sui-qəsd nəticəsində ölə bilərdi, amma möcüzə baş verib:
“Xəstəxananın həkimi heç vaxt belə bir şey görmədiyini dedi və bunu möcüzə adlandırdı. Mən əslində burada olmamalıydım, ölmüş olmalıydım”.

DİGƏR XƏBƏRLƏR

Top