
Argentina 16-cı dəfə Amerika Kubokunu (Copa America) qazanıb.
Yeniavaz.com xəbər verir ki, ABŞ-nin Mayami şəhərindəki “Hard Rock” stadionunda keçirilən finalda dünya çempionları Kolumbiya millisi ilə mübarizə aparıb.
Final matçının startı stadionun girişində yaranan izdiham səbəbindən bir saatdan çox gecikib.
Argentinalı Lionel Skaloninin rəhbərlik etdiyi komanda 1:0 hesabı ilə qalib gələrək Amerika Kuboku titulunu qoruyub. Oyunda əsas vaxt heç-heçə başa çatıb – 0:0. Yeganə qolu 112-ci dəqiqədə İtaliya çempionu Milan “İnter”inin hücumçusu Lautaro Martines vurub.
Lionel Messi Argentinanın start heyətində olsa da, ayağından zədə aldığı üçün 66-cı dəqiqədə əvəzlənib.
Argentina Amerika kuboklarının sayına görə Uruqvayı (15 titul) geridə qoyaraq rekordçu olub. Braziliya 9 titulla üçüncüdür. Kolumbiya isə cəmi bir dəfə Amerika Kubokunun qalibi olub.