Region ölkələrinin böyük şəhərlərində çirklənmə səviyyəsi – Siyahı


Dünyanın ən çirkli şəhəri Nepalın paytaxtı Katmandu şəhəridir. 
Yeniavaz.com
 xəbər verir ki, bu barədə məlumat məşhur “numbeo” portalında yer alan “Çirklənmə indeksi – 2024” (“Pollution Index 2024”) adlı hesabatda yer alıb. 
Hesabatda qeyd olunur ki, 250 şəhərin yer aldığı siyahıda çirklənmənin ən az səviyyədə olduğu şəhər Finlandiyanın Helsinki şəhəridir. 
Siyahıda ilk sırada olan Katmandu şəhərində çirklənmə səviyyəsi 100 üzərindən 95,7 olaraq qeyd olunub. Helsinki şəhərində isə çirklənmə səviyyəsi 12,6 olaraq göstərilir.
Hesabatda Azərbaycanın paytaxtı Bakı da yer alıb. Bakı çirklənmə səviyyəsinə görə 250 şəhər arasında 58-ci sırada qərarlaşıb. Paytaxtımızın çirklənmə indeksi 75,6 olub.
Region ölkələrinin böyük şəhərlərində çirklənmə səviyyəsi aşağıdakı kimi olub:
39. Tehran (Monqolustan) – 80,4
46. Almatı (Qazaxıstan) – 78,4
58. Bakı (Azərbaycan) – 74,6
65. Tblisi (Gürcüstan) – 71,7
78. İstanbul (Türkiyə) – 68,1
92. Kiyev (Ukrayna) – 64,9
107. İrəvan (Ermənistan) – 61
137. Moskva (Rusiya) -  55,1

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top