
“Kreml siyasi mübarizə zamanı zorakılığın istənilən təzahürünü pisləyir”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin keçmiş prezidenti və hazırkı prezidentliyə namizədi Donald Trampa sui-qəsd cəhdini şərh edərkən deyib.
“Rusiya hər zaman siyasi mübarizə zamanı zorakılığın istənilən təzahürünü pisləyib və indi də qətiyyətlə pisləyir”, - Peskov bildirib.
“Siyasi arenadan uzaqlaşdırmaq üçün ilk növbədə hüquqi vasitələrdən, məhkəmələrdən, prokurorlardan istifadə etməklə, namizədi siyasi cəhətdən gözdən salmaq və nüfuzdan salmaq cəhdlərindən sonra Trampın həyatının təhlükədə olduğu bütün kənar müşahidəçilərə aydın idi”, - Kreml sözçüsü deyib.
Xatırladaq ki, keçmiş ABŞ prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə hazırkı namizədi Donald Trampa qarşı sui-qəsd cəhdi olub və nəticədə o, sağ qulağından vurulub.