
Mitinq zamanı ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi edən və hadisə yerində öldürülən 20 yaşlı Tomas Metyu Kruksun Respublikaçılar Partiyasının üzvü olduğu üzəçıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Xəbərə görə, üzvlərin partiyanın prezidentliyə namizədi kimi görmək istədikləri şəxsə səs verə biləcəyi qapalı sistemdə Kruks respublikaçı kimi qeydə alınıb.
Hadisənin baş verdiyi ərazidən təxminən 56 kilometr cənubda, Pittsburq şəhərində yaşayan Kruksun respublikaçı kimi siyahıya alınmasına baxmayaraq, 2021-ci ildə “Proqressiv İştirakçı Layihəsi” adlı demokratik siyasi fəaliyyət komitəsinə 15 dollar bağışladığı məlum olub.
Sui-qəsdçinin atası Metyu Kruks hakimiyyət orqanları ilə görüşənə qədər oğlu haqqında danışmayacağını bildirib.
Xatırladaq ki, keçmiş ABŞ prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə hazırkı namizədi Donald Trampa qarşı sui-qəsd cəhdi olub və nəticədə o, sağ qulağından vurulub.