Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı ilə bağlı açıqlama


Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısının musiqi platformalarından (“Youtube Music”, “Spotify”, “Apple Music”, “Amazon Music”, “Deezer” və s.) silinməsi və qadağan edilməsi istiqamətində işlər davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı mahnının sözləri Gor Yepremyan tərəfindən dəyişdirilib və onun ifasında “Sirun jan” adı altında “Armenian Folk”, yəni “erməni xalq mahnısı” qeydi ilə müxtəlif musiqi platformalarında yerləşdirilib.
Artıq “Sirun jan” mahnısı bir sıra “Youtube” səhifələrindən silinib.

DİGƏR XƏBƏRLƏR

Top