
Keçmiş ABŞ prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə hazırkı namizədi Donald Trampa qarşı sui-qəsd cəhdi olub.
Yeniavaz.com xəbər verir ki, hadisə o Pensilvaniya əyalətində tərəfdarlarının qarşısında çıxış edərkən baş verib.
Belə ki, bu zaman silah səsləri eşidilib və Tramp sağ qulağını tutaraq kürsünün altında gizlənib. Atışma davam edərkən mühafizəçilər Trampın ətrafında sədd qurub və onu qorumağa çalışıblar.
Daha sonra sui-qəsdə cəhd edən şəxs zərərsizləşdirilib və Tramp ərazidən uzaqlaşdırılıb. Bu zaman onun qulağından qan axdığı müşahidə olunub.
Hadisə yerindəki media orqanları və fərdi jurnalistlər baş verənləri anbaan lentə alıblar.
Həmin anların görüntülərini təqdim edirik:
Hadisənin baş veridi Batler rayonun prokuroru Riçard Qoldinger bildirib ki, sui-qəsdə cəhd edən şəxs və seçki kampaniyasında iştirak edən başqa bir nəfər ölüb.
Daha sonra Tramp “Truth” hesabında hadisə ilə bağlı paylaşım edib. Xüsusi xidmət orqanlarına və təhlükəsizlik qüvvələrinə sürətli müdaxiləyə görə təşəkkürünü bildirən Tramp seçki kampaniyası bölgəsində həyatını itirən şəxsin yaxınlarına başsağlığı verib.
Donald Tramp sui-qəsdə cəhd edənin olması barədə məlumatının olmadığını qeyd edib.
“Güllə sağ qulağıma dəyib. Ölkəmizdə belə bir hadisənin baş verdiyinə inanmaq çətindir”, - deyə Tramp bildirib.