
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə sərhəddə gərgin vəziyyətin aradan qaldırıldığını bəyan edib.
Yeniavaz.com “BelTA”ya istinadən xəbər verir ki, bu barədə Prezident Cənub əməliyyat istiqamətində hərbi təhlükəsizliyin təmin edilməsi məsələlərinə dair görüş zamanı danışıb.
Lukaşenko qeyd edib ki, Kiyev Belarus tərəfinin müəyyən hərəkətindən sonra qoşunlarını sərhəddən çıxarıb:
“Ümumiyyətlə, Belarus-Ukrayna sərhəd zonasından çıxarılıblar. İndi ukraynalılarla heç bir problemimiz yoxdur və ümid edirəm ki, olmayacaq”.
Lukaşenko həmçinin Ukrayna sərhədinə çəkilmiş əlavə Belarus qüvvələrinin daimi dislokasiya yerlərinə çıxarılmasını əmr edib.
Tətbiqimizi yükləyə bilərsiniz