
“ABŞ Avropada uzaqmənzilli raketlər yerləşdirərsə, Rusiyanın onların kifayət qədər qarşısını almaq imkanları var, lakin o (Rusiya – red.), raketlərini Avropa paytaxtlarına yönəltməli olacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu Kremlin nümayəndəsi Dmitri Peskov “Rossiya 1” telekanalının “Moskva. Kreml. Putin” verlişinin aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.
Zarubinin Amerika raketlərinin Avropada yerləşdirilməsinə cavab olaraq Rusiyanın öz raketlərini bu istiqamətə yönəltməli olacağı barədə bəyanatına cavab olaraq Peskov bildirib:
“Əlbəttə. Həmişə belə paradoksal vəziyyət olub. ABŞ bu cür raketləri, müxtəlif tipli, müxtəlif diapazonlu raketləri ənənəvi olaraq ölkəmizə yönəldib. Ölkəmiz də müvafiq olaraq bu Avropa nöqtələrini raketlərimiz üçün hədəf kimi müəyyənləşdirib. Burada paradoksal bir vəziyyət yaranır: Amerika pul qazanmağa davam edir, Avropa bizim raketlərimizin, ölkəmiz isə Avropada yerləşən Amerika raketlərinin hədəfinə çevrilir. Biz bütün bunları əvvəllər yaşamışıq. Bu raketlərin qarşısını almaq üçün kifayət qədər potensialımız var. Lakin potensial qurbanlar bu dövlətlərin paytaxtlarıdır”.
Tətbiqimizi yükləyə bilərsiniz