ABŞ məhkəməsi aktyor Alek Bolduinə qarşı iddianı rədd etdi


ABŞ-də məhkəmə aktyor Alek Bolduinə qarşı “Pas” (“Rust”) filminin çəkiliş meydançasında operator Qalina Hatçinsi ehtiyatsızlıqdan qətlə yetirmək ittihamı ilə cinayət işinə xitam verib.
Yeniavaz.com
“CBS News” telekanalına istinadla xəbər verir ki, Nyu-Meksiko ştatından hakim Meri Marlou Sommer hesab edib ki, işdə maddi sübutlarla bağlı ciddi pozuntular olub.
Məhkəməyə rəhbərlik edən iki prokurordan biri olan Erlinda Consonun da istefa verdiyi bildirilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında baş verib. Aktyor Alek Bolduinin iştirakı ilə vestern filminin çəkilişləri zamanı silahlı hadisə nəticəsində bir nədər həlak olub, bir nəfər yaralanıb. Belə ki, insident silahın boş yox, dolu patronlarla doldurulması nəticəsində baş verib. Atəş nəticəsində operator Qalina Hatçins və rejissor Coel Sousa yaralanıb. Yaralılar helikopterlə Albukerk şəhərinin xəstəxanasına çatdırılıb. Rejissor bir neçə saat sonra xəstəxanadan buraxılsa da, operatorun həyatını xilas etmək mümkün olmayıb.
Filmin çəkilişləri dayandırılıb.
Santa-Fe dairəsi şerifinin ofisi çəkiliş meydançasında rekvizitin tətbiqi ilə bağlı hadisənin olmasını təsdiqləyib. O, qeyd edib ki, atəşi elə aktyor Alek Bolduinin özü açıb.

DİGƏR XƏBƏRLƏR

Top