
BMT-nin yeni proqnozuna görə, dünya əhalisi 2080-ci illərin ortalarında 10,3 milyarda çatacaq və bu tarixdən sonra azalmağa başlayacaq.
Yeniavaz.com ERR nəşrinə istinadla xəbər verir ki, əhalinin əsrin sonuna qədər təxminən 10,2 milyarda düşəcəyi gözlənilir ki, bu da on il əvvəl gözləniləndən 6% azdır.
“Bəzi ölkələrdə doğum səviyyəsi indi gözləniləndən də aşağıdır. Hətta biz doğum səviyyəsi yüksək olan bəzi regionlarda da sürətli azalmaların şahidi oluruq”, - BMT Baş Katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Li Tszyunhua deyib.
2024-cü ilə olan məlumata görə, Yer kürəsində ümumilikdə 8,2 milyard insan yaşayır.