“Meta” Trampın “Facebook” və “Instagram” hesablarına məhdudiyyətləri qaldırdı


“Meta” ABŞ-nin keçmiş prezidenti Donald Trampın “Facebook” və “Instagram” hesablarına tətbiq edilən bəzi məhdudiyyətləri qaldırdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, sosial media şirkəti Trampın 2021-ci il yanvarın 6-da ABŞ Kapitoluna hücum edənləri təriflədikdən sonra onun hesablarını qeyri-müəyyən müddətə dayandırıb.
Daha sonra şirkət 2023-cü ilin əvvəlində onun hesablarını bərpa edərək, Trampın postlarını izləyəcəyini və növbəti pozuntuların bir aydan iki ilə qədər daha bir dayandırılma ilə nəticələnəcəyini bildirib.
“Meta” bundan sonra Trampın artıq əlavə monitorinqlərə məruz qalmayacağını da qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top