ABŞ “Falcon 9” raketlərinin uçuşunu qadağan etdi


ABŞ Mülki Aviasiya İdarəsi (FAA) qəzadan sonra İlon Maskın “SpaceX” şirkətinə məxsus “Falcon 9” raketlərinin buraxılmasını qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə idarənin hesabatında məlumat verilib.
“Mülki Aviasiya İdarəsi iyulun 11-də Kaliforniyadakı Vandenberq Kosmik Bazasından kosmosa buraxılan “SpaceX Starlink” missiyası zamanı baş vermiş insidentdən xəbərdardır. Problem raketin kosmosda olarkən yuxarı pilləsinin sıradan çıxması ilə bağlıdır”, - deyə idarənin hesabatında bildirilib.
Eyni zamanda, idarə qəzaya ilə bağlı bu modelin yük raketlərinin uçuşlarının dayandırılmasını qərara alıb.
Qeyd edək ki, iyulun 11-də “SpaceX”in “Falcon-9” daşıyıcı aparatı texniki nasazlıqla əlaqədar “Starlink” peyklərinin növbəti partiyasını orbitə çıxara bilməyib.
Mövcud vəziyyətə baxmayaraq, “SpaceX” 20 peykdən 5-i ilə əlaqə qura bilib. Hazırda şirkətin əməkdaşları peyklərin ion mühərriklərindən istifadə edərək onları istənilən orbitə qaldırmağa cəhd etməyi planlaşdırırlar.

DİGƏR XƏBƏRLƏR

Top