Ermənistan KTMT-yə 53 milyon rubl ödəyəcək


Ermənistanın KTMT-dəki üzvlüyünü dondurmaq qərarına baxmayaraq, onun üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqqı hesablanacaq.
Yeniavaz.com
“RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
“2025-ci ilin büdcə layihəsinə baxılacaq və ona uyğun olaraq bütün maddələr hesablanacaq”, - Vasilyev bildirib.
KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarına əsasən, Ermənistanın 2024-cü il üçün ödəməli olduğu məbləğ 53,22 milyon rubl (təqribən 1 milyon manat) olacaq.
Eyni zamanda, Vasilyev əlavə edib ki, bu rüsumun ödənilib-ödənilməməsi barədə qərar yalnız Ermənistan rəhbərliyinin siyasi iradəsi sayəsində veriləcək.
Qeyd edək ki, KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür. Ümumi məbləğin 50 %-ni Rusiya, qalan 50 %-i isə hər biri 10 % olmaqla digər beş dövlət ödəyir.

DİGƏR XƏBƏRLƏR

Top