
Amerikalı iş adamı və multimilyarder İlon Mask Donald Trampın seçki kampaniyasına ianə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi sahibkara yaxın mənbələrə istinadla məlumat yayıb.
“Mask Donald Trampın Ağ Evə seçilməsi üçün fəaliyyət göstərən siyasi fonda ianə edib”, - agentliyin mənbəsi bildirib.
Mənbə Maskın bu yolla ABŞ-nin siyasi mənzərəsində “iz buraxmaq” istədiyini iddia edib.
İanənin məbləği açıqlanmayıb. Sahibkarın özü bu mesajlara münasibət bildirməyib.
Mənbə Maskın bu addımının gözlənilən bir addım olduğunu açıqlayıb. Belə ki, Mask prezidentlik yarışında Trampı dəstəkləyəcəyini heç vaxt gizlətməyib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı prezident Co Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Namizədlər yayda keçiriləcək partiya qurultaylarında təsdiqlənəcək.