Zelenski Britaniyaya gedəcək – KİV


Amerikanın paytaxtında keçirilən NATO sammitindən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyaya səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Britaniya hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
“Zelenskinin gələn həftə Ukrayna, Avropa təhlükəsizliyi və demokratiya məsələlərini müzakirə etmək üçün bir araya gələcək Avropa liderlərinə müraciət etmək üçün Böyük Britaniyaya gedəcəyi gözlənilir”, - nəşr yazıb.
Böyük Britaniyanın yeni baş naziri Kir Starmerin Zelenskinin avropalı siyasətçilərlə görüşündən faydalanacağı, həmçinin Avropa İttifaqından olan siyasətçilərlə öz münasibətlərini gücləndirəcəyi güman edilir.

DİGƏR XƏBƏRLƏR

Top