Polşada “M-346 Master” təlim təyyarəsi qəzaya uğradı – Video


Polşada “M-346 Master” təlim təyyarəsi uçuş təlimi zamanı qəzaya uğrayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə uçuş-enmə zolağına çırpıldıqdan sonra yanıb.
Polşa Silahlı Qüvvələri komandanlığının nümayəndəsi polkovnik-leytenant Marek Pavlakın sözlərinə görə, qəzanın səbəbləri hələlik məlum deyil.
Təyyarədə yalnız pilotun olduğu, onun dünyasını dəyişdiyi qeyd edilir.
Polşa Ordusunda “Bielik” kimi tanınan “M-346 Master” qabaqcıl aviasiya təlimləri üçün nəzərdə tutulmuş iki oturacaqlı, iki mühərrikli təyyarədir. KİV-in məlumatına görə, 2020-ci ildə Polşada 16 belə təyyarə olub.

DİGƏR XƏBƏRLƏR

Top