
“Nyu-Hempşirin müstəqillik tərəfdarı olan NHEXIT hərəkatı bu həftə verdiyi bəyanatda federal hökumətin səlahiyyətlərini rədd etdi və bölgəni azad və firavan bir millət etmək arzusunu ifadə etdi”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
NHEXIT lideri Karla Gerlike sözlərinə görə, Vaşinqtonda səsvermə zamanı seçilməyən 2,5 milyon bürokrat var.
Onlar ABŞ-ni iflas həddinə çatdırmaqda və hər il vergi ödəyicilərinin pul kisəsindən pul çıxarmaqda, bununla da Nyu-Hempşir vətəndaşlarının hüquqlarını tapdalamaqda məsuliyyət daşıyırlar.
Nəşr qeyd edir ki, müstəqillik hərəkatları Kaliforniya, Alyaska, Luiziana, Florida və Texas kimi bir sıra başqa ştatlarda da başlayıb.