
“Tesla” korporasiyası avqusta planlaşdırılan robotaksinin buraxılışını ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, aprel ayında “Tesla”ın baş direktoru İlon Mask avqustun 8-də tədbir elan edib - şirkət robot taksinin ilk versiyasını təqdim etməli idi. Bununla belə, nəşr mənbələri bildirib ki, avtonom avtomobilin buraxılışı təxirə salınıb - şirkətə prototip hazırlamaq üçün daha çox vaxt lazımdır.
İnsayderlər həmçinin “Tesla” taksisinin elanı ilə tədbirin oktyabr ayına təxirə salındığını bildiriblər. Layihənin gecikməsi ilə bağlı məlumatın ortaya çıxmasından sonra korporasiyanın səhmləri 8,4 faizdən çox ucuzlaşıb.