
Nigeriyanın mərkəzində məktəb binasının bir hissəsi dərs zamanı uçub.
Yeniavaz.com “Agence France-Presse” istinadən xəbər verir ki, hadisə nəticəsində 16 şagird dünyasını dəyişib.
“Channels TV”nin məlumatına görə, 40-a yaxın məktəbli xilas edilib. Onlara tibbi yardım göstərilir. Zərərçəkənlər üçün qan götürülməsi elan edilib. Nəşr dağıntılar altında 70-ə qədər məktəbli və müəllimin ola biləcəyini iddia edir. Hadisə yerində xilasetmə qrupları və hərbi hissələr işləyir.
Dağılan iki mərtəbəli orta məktəb binası Plato Ştatının mərkəzi Cosda yerləşir. Binanın uçan hissəsində kiçik siniflər var idi, onlar imtahan verirdi.
Məktəb binasının bir hissəsinin uçmasının səbəbləri hələlik müəyyən edilməyib, lakin yerli sakinlər Cosda son üç gündür yağış yağdığından bunun sürüşmə ola biləcəyini ehtimal edirlər.