
Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhər V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəbdə yoxlamalar aparılıb.
Yeniavaz.com xəbər verir ki, təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı bir neçə istiqamətdə aparılan yoxlamaların nəticəsinə əsasən, adıçəkilən məktəbin direktoru Sevda İsmayılova vəzifəsindən azad edilib.
Bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru əmr imzalayıb.
Esmira Hidayətova, Mingəçevir