
Moskva vilayətinin Kolomenskaya rayonunda “Superjet 100” təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, təyyarədə cəmi üç nəfərdən ibarət ekipaj olub və hamısı ölüb.
Qeyd olunub ki, qəza planlı təmirdən sonra sınaq uçuşu zamanı baş verib.
Əməliyyat xidmətlərindən verilən məlumata görə, 2014-cü ildə istehsal olunmuş təyyarə “Qazprom”a məxsusdur.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qəzaya görə başqa zərərçəkən yoxdur.