Lopez və Afflek cütülüyü evlərini 68 milyon dollara satışa çıxarıb


Müğənni Cennifer Lopez və aktyor Ben Afflek evlərini 68 milyon dollara satmaq qərarına gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.
Məlumata görə, ev Kaliforniya ştatının Beverli Hills şəhərində yerləşir və 5,2 hektarlıq böyük bir ərazini əhatə edir.
Evdə 12 yataq otağı, həmçinin 24 vanna otağı var.
Bundan başqa, evdə əsas iqamətgahdan əlavə, ayrıca 5000 kvadrat metrlik qonaq penthausu, mühafizəçi evi və digər yardımçı evlər yerləşir.
Qapalı idman kompleksində basketbol və tennis meydançaları, həmçinin boks ringi var.
Kompleksdə həmçinin 12 maşınlıq qaraj və 80 maşınlıq dayanacaq var.
Cütlük bu evi keçən il 60,85 milyon dollara alıb.

DİGƏR XƏBƏRLƏR

Top