Çinin əhalisi 2100-cü ilə qədər iki dəfə azala bilər – BMT


Tək uşaq siyasəti ilə əlaqədar Çinin əhalisi 2100-cü ilə qədər iki dəfə azala bilər.
Yeniavaz.com
BMT-nin hesabatına istinadla xəbər verir ki, bu barədə iyulun 11-də “Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.
“İqtisadçılar bunu demoqrafik dividend adlandırırlar - ölkədə əmək qabiliyyətli yaşda olan insanlar işsiz körpə və qocalardan daha çoxdur. Belə ölkələr varlandıqca insanlar təbii olaraq daha az uşaq sahibi olmağa qərar verirlər və əhali qocalmağa başlayır”, - nəşr qeyd edib.
Hesabata görə, Çinin əhalisi 2100-cü ilə qədər 1,4 milyarddan 639 milyona qədər azalacaq. Əhalinin sayının kəskin azalması isə 2040-cı ilə qədər başlayacaq.
Qeyd edək ki, tək uşaq siyasəti Çində 1980-ci ildən iqtisadi artımı stimullaşdırmaq üçün tətbiq edilir. Hazırda ölkə iqtisadiyyatı nominal ÜDM-in həcminə görə dünyada ABŞ-dən sonra ikinci yeri tutur.

DİGƏR XƏBƏRLƏR

Top