Yuliya Navalnaya terrorçular siyahısına əlavə edildi


Rosfinmonitorinq Aleksey Navalnının yoldaşı Yuliyanı terrorçu və ekstremistlər siyahısına əlavə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.
Bildirilir ki, iyulun 9-da Moskvanın Basmannı rayon məhkəməsi Navalnayanı ekstremist təşkilatda iştirak ittihamı ilə qiyabi həbs edib və axtarışa verib.
Bundan əvvəl “Sota”nın jurnalisti Artem Krigerin ekstremist təşkilatda iştirakda şübhəli bilinərək həbs edildiyi bildirilirdi. İş materiallarına görə, Kriger “Korrupsiyaya Qarşı Mübarizə Fondu” qeyri-kommersiya təşkilatı ilə əməkdaşlıq edib. Bundan əlavə, “Sota Vision” fotoqrafı Antonina Favorskaya (Kravtsova) KQMF fəaliyyətlərində iştirakda ittiham olunur. O da həbs edilib.
Navalnının üç vəkili: Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunin də ekstremist təşkilatda iştiraka görə mühakimə olunur.

DİGƏR XƏBƏRLƏR

Top