
2024-cü ildə “Qalatasaray” – “Beşiktaş” arasında keçiriləcək Superkubok matçının tarixi və yeri bəlli olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Bildirilir ki, ötən mövsümün Super Liqa çempionu “Qalatasaray”la Türkiyə Kubokunun qalibi “Beşiktaş”ın qarşılaşması “Atatürk Olimpiya” Stadionunda keçiriləcək.
İki əzəli rəqibin görüşü avqustun 3-də baş tutacaq.