ABŞ Almaniyada uzaqmənzilli silahlar yerləşdirəcək – Rusiya hərbi cavab vəd etdi


2026-cı ildə Birləşmiş Ştatlar Almaniyada uzunmənzilli silahların “epizodik” yerləşdirilməsinə başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş iki ölkənin birgə bəyanatında deyilib.
Bildirilir ki, uzun mənzilli atəş bölmələrinə SM-6 raketləri, “Tomahawk” raketləri və Avropadakı hazırkı yerüstü atəş silahlarından əhəmiyyətli dərəcədə daha geniş diapazonlu hipersəs silahlarının inkişafı daxildir.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya ordusu Vaşinqtonun mesajlarını artıq nəzərə alıb. Onun fikrincə, bu, eskalasiya kursunun həlqəsidir:
“Bu gün Rusiya istiqamətində NATO və ABŞ xəttinin demək olar ki, əsas komponenti olan hədə-qorxu elementlərindən biridir”.
Ryabkov deyib ki, Rusiya əsəbləri, emosiyaları olmadan, ilk növbədə, bu yeni oyuna hərbi cavab verəcək.
“Kommersant” qeyd edir ki, ABŞ 1980-ci illərdən bəri Avropada belə yerüstü sistemlər yerləşdirməyib. “Deutsche Welle” vurğulayır ki, Soyuq Müharibədən sonra ilk dəfə Rusiya ərazisinə çata bilən silah sistemləri Almaniya ərazisində yerləşdiriləcək.
“Der Spiegel” yazır ki, son bir neçə ay ərzində Vaşinqton və Berlin arasında Amerika silahlarının yerləşdirilməsi ilə bağlı danışıqlar məxfi şəkildə aparılıb. 

DİGƏR XƏBƏRLƏR

Top