
“Adıgeydəki pravoslav kilsəsinə Orta Asiyadan olan bir vətəndaşın hazırladığı hücumun qarşısını alınıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Kəşfiyyat xidmətinin məlumatına görə, həmin şəxs Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının üzvü olub:
“Saxlanılan Maykop şəhərinin məbədinə hücum hazırlayıb. Onu yandırmaq, habelə ruhaniləri və mühafizəçiləri öldürməyi istəyib. Şübhəli ərazidə kəşfiyyat aparıb, hücum planı hazırlayıb, lazımi komponentləri əldə edərək evdə yandırıcı qurğular istehsal edib”.
Xidmətin məlumatına görə, o, həm də hücumu lentə almağı və sonra internetdə yerləşdirməyi planlaşdırıb. Terror aktından sonra şübhəli xaricə qaçmağı planlaşdırıb.
FTX-nin hesabatında deyilir ki, axtarış zamanı kəşfiyyatçılar terrorçu qruplaşmanın bayrağı, bıçaq və yandırıcı qurğunun komponentlərini aşkar ediblər.