Ərdoğan NATO ilə Rusiya arasında münaqişə ehtimalından danışdı


“Şübhəsiz ki, NATO ilə Rusiya arasında birbaşa münaqişə ehtimalı narahatlıq doğurur”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO (North Atlantic Treaty Organization – Şimali Atlantika Müqaviləsi Təşkilatı) Zirvəsi üçün getdiyi ABŞ-də “Newsweek” jurnalının suallarını cavablandırarkən deyib.
O bildirib ki, bu nəticəyə gətirib çıxara biləcək bütün addımlardan şüurlu şəkildə çəkinmək lazımdır:
“Məsələyə həll yönümlü yanaşma ilə, həmçinin ölçülüb-biçilmiş bir şəkildə qiymət verilməsinin məqsədəuyğun olduğunu hesab edirik”.

DİGƏR XƏBƏRLƏR

Top