Fransa 2 min nəfərlik kontingentini Ukraynaya göndərməyə hazırlaşır – KİV


Rusiyanın Xarici Kəşfiyyat Xidməti Fransanın Ukraynaya 2 min əsgər göndərməklə bağlı planı olduğunu açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Razvedçik” jurnalında Xidmətin “Feliks” təxəllüslü rezidenti hesabat dərc edib.
Hesabatda həmçinin bildirilib ki, xidmət rəisi Sergey Narışkin martın 19-da Parisin Ukraynaya təxminən 2 min nəfərlik hərbi kontingent göndərməyə hazırlaşdığını elan edib.
Hesabatda həmçinin qeyd edilib ki, Fransa öz kontingentini hələ də Ukraynaya yerləşdirməyə hazırlaşır.
“İlkin mərhələdə bu kontingentin təxminən 2 min nəfərdən ibarət olması nəzərdə tutulur. Lakin Fransa onların təhlükəsizliyi və Rusiya hərbçilərinin mümkün hücumları ilə bağlı təhlükələri də istisna etmir”, - sənəddə qeyd olunur.
Qeyd edək ki, Qərbin quru qoşunlarının Ukraynaya göndərilməsi ideyası fevralın sonunda Fransa Prezidenti Emmanuel Makronun bu məsələni Parisdə 20-yə yaxın ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qaldırmasından sonra müzakirə olunmağa başlayıb. Makronun sözlərinə görə, o vaxt iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını istisna etmək olmaz.

DİGƏR XƏBƏRLƏR

Top