Ermənistanda əsgərləri daşıyan avtomobil qəzaya düşdü – Ölənlər var


Ermənistanda Sünik rayonunda tərxis olunmuş əsgərləri daşıyan avtomobil qəzaya düşüb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat yayıb.
Məlumata görə, hadisə Gorayk kəndi yaxınlığında baş verib və nəticədə iki nəfər ölüb, beş nəfər yaralanıb.
Qeyd olunub ki, onlardan ikisinin vəziyyəti ağır, daha ikisinin vəziyyəti orta ağır qiymətləndirilir. Həkimlər beşinci yaralının vəziyyətini qənaətbəxş qiymətləndirirlər. 
Sarkisyanın sözlərinə görə, ölənlərdən biri sürücü, biri sərnişin olub. 
Qəzanın səbəbləri açıqlanmayıb. Qəza ilə bağlı cinayət işinin açıldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top