İlham Əliyev Pakistana getdi, təyyarəsini qırıcılar müşayiət etdi – Video + Fotolar


Prezident İlham Əliyev Pakistan İslam Respublikasına dövlət səfərinə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Prezidentə xüsusi hörmət əlaməti olaraq dövlət başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında İlham Əliyevi bu ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.
Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşüblər.




DİGƏR XƏBƏRLƏR

Top