X-də “bəyənmədim” funksiyası da olacaq


Amerikalı iş adamı İlon Maskı aldıqdan sonra platforma böyük dəyişikliklərə məruz qalsa da, bu dəyişikliklərə yeni böyük dəyişikliklər də əlavə olunacaq.
Yeniavaz.com
“Daily News” nəşrinə istinadla xəbər verir ki, Amerikalı iş adamı İlon Maska məxsus platforma hazırda “bəyənmədim” düyməsini sınaqdan keçirir.
İddialara görə, “bəyənmədim” düyməsi “bəyəndim” düyməsi kimi ürək formasında olacaq, ancaq bu düymədə aşağı doğru bir ox işarəsi çıxacaq.
Qeyd edək ki, sosial şəbəkələrdəki bəyənməmə düymələri uzun müddətdir ki, onlayn istifadəçilər arasında müzakirə mövzusuna çevrilib.
Məsələn, “YouTube” hələ də istifadəçilərə bəyənməmə düyməsindən istifadə etməyə imkan versə də, videoları bəyənməyənlərin ümumi sayını görməyə imkan vermir.
Əgər “X” yeni bəyənməmə düyməsini təqdim etsə, onun bu cür rəyləri təqdim edib-etməyəcəyi də məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top