
Ermənistanda əhalinin sayı 3 milyon 15,4 min nəfər olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ermənistan Statistika Xidməti açıqlayıb.
Məlumatda bildirilir ki, ötən ilin sonunda Ermənistan əhalisinin sayı 2 milyon 990,9 min nəfər olub. Bu il Ermənistanda əhalinin sayı 24,5 min nəfər artıb.
Qeyd edək ki, Ermənistanda əhalinin sayı sonuncu dəfə 2015-ci ildə 3 milyondan çox olub.
Ermənistan SSRİ-nin tərkibindən ayrıldıqdan sonra bu ölkədə əhalinin sayı davamlı olaraq azalıb. 2000-2020-ci illərdə Ermənistan əhalisi 8% və ya 259,6 min nəfər azalıb.
2020-ci ildən başlayaraq bu ölkədə əhalinin sayında artım qeydə alınıb.
Murad Məmmədov