
Gündəlik auditoriyası 1000 nəfərdən çox olan sosial media hesablarının sahiblərindən “Roskomnadzor”a özləri haqqında məlumat vermələri tələb oluna bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS agentliyi idarənin mətbuat xidmətinə istinadla məlumat yayıb.
“Roskomnadzor” nümayəndələrinin sözlərinə görə, qanunvericiliyə əsasən, KİV-dən kənarda yayılan məlumatlarda bu cür məlumatların sahibi və ya distribütoru haqqında onun şəxsiyyətini müəyyənləşdirmək üçün kifayət qədər etibarlı məlumatlar olmalıdır. Qeyd olunub ki, tələb sosial şəbəkə istifadəçilərinin şəxsi səhifələrinə şamil edilsə də, çox vaxt buna əməl edilmir.
Bildirilib ki, indi bu qaydalar dəqiqləşdirilə və gündəlik auditoriyası 1000 nəfərdən çox olanlara şamil edilə bilər.
İdarə hesab edir ki, belə istifadəçilər hüquqi əhəmiyyətli məlumatları ötürmək üçün “Roskomnadzor”a tam adlarını və əlaqə məlumatlarını təqdim etməlidirlər.
“Bu, idarədə qeydiyyat deyil, hesab sahibinin məlumat yayması ilə bağlı bildirişdir”, - deyə mətbuat xidməti vurğulayıb.
Bundan əlavə, təklifdə istifadəçilər öz məlumatlarını “Roskomnadzor”a təqdim etmədikləri təqdirdə, şirkətlərin ictimai səhifələrdə öz reklamlarını yaymasının qadağan olunması da nəzərdə tutulur.