NATO-nun kibermüdafiə mərkəzi yaradılacaq


Şimali Atlantika Alyansı (NATO) liderləri kibertəhlükələrdən qorunmaq üçün yeni mərkəzin yaradılması barədə razılığa gəliblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qərar alyansın Vaşinqtonda keçirilən sammitində qəbul edilib.
“Mərkəz NATO hərbi komandirlərini kiberməkanda mümkün təhlükələr və təhlükəsizlik problemləri, o cümlədən hərbi fəaliyyətləri dəstəkləmək üçün tələb olunan xüsusi mülki əhəmiyyətli infrastruktur haqqında məlumatlandıracaq”, - deyə qərarda bildirilib.
Mərkəz NATO-nun Avropadakı Müttəfiq Qüvvələrində yerləşəcək və burada bütün NATO müttəfiqlərinin mülki və hərbi qulluqçuları, eləcə də sənaye sektorunun mütəxəssisləri təmsil olunacaq.
Qeyd edək ki, Şimali Atlantika Müqaviləsinin imzalanmasının 75-ci ildönümü şərəfinə iyulun 9-dan 11-dək Vaşinqtonda NATO-nun növbəti sammiti keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top