Paytaxtın iki rayonunda qaz kəsiləcək


“Yeni Suraxanı” QPS-də istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması və Nizami rayonu, Qara Qarayev prospekti 114 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 11 iyul 2024-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə Suraxanı (Bülbülə və Yeni Suraxanı qəsəbələrinin) və Nizami rayonunun (Qara Qarayev prospektinin bir hissəsi və Bəhruz Nuriyev küçəsi) bir hissəsinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top