
Fransanın şimalındakı Kulon kommunasının meri aramsız yağan yağışlar fonunda onları “qadağan edən” fərman verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.
“Qərar verilir ki, iyulun 15-dən oktyabr ayına qədər yağıntılar dayansın, o, yüngül külək və parlaq günəş işığı ilə əvəz edilsin”, - mer Daniel Marrer tərəfindən imzalanan sənədin mətnində qeyd edilib.
Bundan əlavə, fərmanda Fransanın şimal hissəsindəki kilsə keşişlərindən bu fərmanın prioritet məsələ kimi həyata keçirilməsini təmin etmələri istənilib.
Fərmanı şərh edən Marrer bildirib ki, yay tətilinin əvvəlində heç vaxt belə bol yağıntı qeydə alınmayıb.
O qeyd edib ki, kommunasının bütün 227 sakininin əhval-ruhiyyəsini qaldırmaq üçün belə bir fərman vermək qərarına gəlib.
Onun sözlərinə görə, yumoru yüksək qiymətləndirilib və çoxlu müsbət rəylər göndərilib.