
Türkiyənin Afyonkarahisar vilayətində zəlzələ meydana gəlib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 06:24-də qeydə alınmış yeraltı təkanların ocağı 6,99 kilometr dərinlikdə yerləşib və maqnitudası 4,4 bal gücündə olub.
Qeyd olunub ki, zəlzələ həm vilayətin mərkəzində, həm də ətraf rayonlarda da hiss olunub.
Afyonkarahisar Valisi Kübra Güranın sözlərinə görə, dağıntı və ya tələfat olmayıb.