“HƏMAS yaraqlılarının ən azı 60%-i öldürülüb və ya yaralanıb” – Qalant


“İsrail silahlı qüvvələri Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının azı 60%-ni öldürüb və ya yaralayıb”.
Yeniavaz.com
“Yediot Ahronot”-a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant İsrail Knessetində (parlamentdə) çıxışı zamanı deyib.
“HƏMAS terrorçularının 60%-ni öldürdük və ya yaraladıq. Biz bütün 24 HƏMAS batalyonunu və ya birləşmələrin böyük əksəriyyətini ləğv etdik. Biz qaçırılan İsrail vətəndaşlarının yarısını geri qaytardıq, qalanlarını geri qaytarmaq niyyətindəyik. Təhlükəsizlik xidmətləri müharibənin bu məqsədlərinə nail olmaqda qərarlıdır”, - Qalant bildirib.

DİGƏR XƏBƏRLƏR

Top