Üçtərəfli görüş başa çatdı – Yenilənib + Foto


ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.
Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.


***19:14
Blinkenlə Azərbaycan və Ermənistan XİN başçıları arasında üçtərəfli görüş başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Vaşinqtonda NATO75 Sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Ermənistanla Azərbaycan arasında sülh və ölkələrarası münasibətlərin qurulması üzrə danışıqlar başlayıb.
Qeyd olunub ki, görüş ABŞ-nin dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə keçirilir.


***18:56
Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, həmçinin ABŞ dövlət katibinin üçtərəfli görüşü başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.
Qeyd edək ki, Ceyhun Bayramov və Ararat Mirzoyan bundan əvvəl NATO sammitinə dəvət olunub.  Sonra məlum olub ki, Amerika tərəfinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan nazirləri arasında danışıqlar aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Top