Türkiyədə işsizlərin sayı azaldı – Son məlumatlar


Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə, Türkiyədə 15 yaşından yuxarı vətəndaşların 3 milyon 11 min nəfərini işsizlər təşkil edib və əvvəlki ayla müqayisədə bu göstərici 27 min nəfər azalıb.
Yeniavaz.com
Türkiyə Statistika İdarəsinin açıqladığı sonuncu göstəricilərə istinadən bildirir ki, ölkədə işsizlik səviyyəsi 8,4% səviyyəsində olub.
Kişilər arasında işsizlik səviyyəsi 7%, qadınlar arasında isə 11% təşkil edib.
Məlumatda bildirilir ki, Türkiyədə gənclərin (15-24 yaşlarında) 15%-i işsiz olub. Gənc qadınlar arasında isə işsizlik səviyyəsi 19,3%-ə bərabər olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top