Millimiz Gürcüstanı da məğlub etdi


Cəbəllütariqdə 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin ikinci qrup oyunu baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, qızlarımızın bu dəfəki rəqibi Gürcüstan seçməsi olub:
“Oyuna sürətli başlayan millimiz, Gürcüstan yığması üzərində 97-40 hesablı rahat qələbə qazanıb. Oyunun ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (24 xal, 5 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız yarımfinala vəsiqəni təmin ediblər. Millimizin qrupdakı sonuncu oyunu iyulun 11-i Bakı vaxtı ilə saat 12:30-da Kipr yığmasına qarşı olacaq”, - məlumatda deyilir.
Xatırladaq ki, ötən gün millimiz Ermənistan yığmasını da 86-59 hesabı ilə məğlub etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top