
İsrail hərbçiləri 2023-cü ilin oktyabrında anklavda əməliyyata başlayandan bəri Qəzza zolağında keçirilən hərbi əməliyyatlar nəticəsində 38,3 minə yaxın fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Ötən ilin oktyabrından bu günə qədər İsrailin Qəzzaya təcavüzü nəticəsində ölənlərin sayı 38 min 295, yaralananların sayı 88 min 241 nəfərə çatıb”, - nazirlik bildirib.
Həmçinin qeyd olunub ki, son 24 saat ərzində İsrail qüvvələrinin Qəzzanın müxtəlif bölgələrini atəşə tutması və bombalaması nəticəsində 52 fələstinli həlak olub, 208 fələstinli yaralanıb.