“Belə məqamlarda Putini öldürmək istəyirsən” – Zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdəki “Oxmatdet” uşaq xəstəxanasına hücumu şərh edib.
Yeniavaz.com
Ukrayna KİV-ə istinadla xəbər verir ki, Zelenski bu barədə Vaşinqtonda Prezident Fondu və Ronald Reyqan İnstitutundakı çıxışından sonra danışıb.
“Mən atayam, mən prezidentəm, mən insanam... İnsanları itirmək çox çətindir, uşaqları itirmək çox çətindir. Bu insanların, valideynlərin övladlarının öldüyünü görəndə, belə məqamlarda Putini öldürmək istəyirsən”, - deyə Zelenski bildirib.
O, Rusiyanın “Oxmatdet”ə raket zərbəsi ilə NATO sammiti ərəfəsində bütün dünyaya “siqnal göndərdiyini” qeyd edib.
“Faciə ondadır ki, bu, hərbi obyektə hücum deyildi. Raket birbaşa xəstəxanaya uçurdu. Bu, şübhəsiz ki, sammit ərəfəsində bir siqnal idi”, - deyə Zelenski bildirib.
Qeyd edək ki, Rusiya ordusu iyulun 8-i Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirib. Hücum zamanı “Oxmatdet” uşaq xəstəxanası da zərbəyə məruz qalıb. Zərbə nəticəsində ümumilikdə Kiyevdə 5-i uşaq olmaqla, 34 nəfər ölüb. Onlardan 2-si “Oxmatdet”də həlak olub. Bununla yanaşı, daha 121 nəfər yaralanaıb.

DİGƏR XƏBƏRLƏR

Top